Tramp Merkelin dəvəti ilə Almaniyaya səfər edəcək


Dünya 31 Avq 2019 09:00:00 225 0

Tramp Merkelin dəvəti ilə Almaniyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp Almaniya Federal Respublikasının kansleri Angela Merkelin dəvəti ilə bu ölkəyə səfər edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

D.Tramp bildirib: "Mən Polşaya daha sonra yollanacağam. Bizim Polşa ilə gözəl münasibətlərimiz var. Biz oraya yollanacağıq. Angela Merkel məni Almaniyaya səfər etməyə dəvət edib. Hansısa mərhələdə biz bu səfəri hazırlayacağıq".

Qeyd edək ki, D.Tramp Polşaya 1-2 sentyabr tarixlərində yollanmalı idi. ABŞ prezidenti ölkəyə yaxınlaşan qasırğa səbəbindən səfəri təxirə salıb.