Əfqanıstanda daha bir ABŞ hərbçisi həlak olub


Dünya 31 Avq 2019 08:40:00 219 0

Əfqanıstanda daha bir ABŞ hərbçisi həlak olub

Əfqanıstanda ABŞ hərbçisi həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" əməliyyatının komandanlığından bildiriblər.

Komandanlığın məlumatında bildirilir ki, Pentaqonun qaydalarına əsasən həlak olan hərbçinin adı yalnız onların yaxınları məlumatlandırıldıqdan sonra açıqlanacaq.

Qeyd edilir ki, hərbçi "döyüş tapşırığını yerinə yetirərkən" öldürülüb.