Türkiyədə turist avtobusu aşıb, ölən və yaralananlar var


Dünya 31 Avq 2019 07:57:00 276 0

Türkiyədə turist avtobusu aşıb, ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində turist avtobusu aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, avtobusun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 28 nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.

Qəzanın digər təfərrüatları haqqında məlumat verilmir.