Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib (FOTO)


Digərləri 31 Avq 2019 06:44:00 54 0

Şamaxıda I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib (FOTO)

Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi olub

Bakı. Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının açılış mərasimi olub. Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır. Qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayıblar. “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxının hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri kimi tanındığını diqqətə çatdırıb. Qeyd edib ki, bu ənənəni uzun illərdir qoruyub saxlayan Şamaxıda həm iri müəssisələr, həm də kiçik ailə təsərrüfatları yaradılmaqdadır. Şamaxıda üzümçülüyün inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən T.Məmmədov bildirib ki, ötən əsrin 70-80-ci illərində rayonda 37 min hektar üzüm bağı var idi. Məhsuldarlıq ildə 240 min tondan çox idi. Müstəqilliyimizin ilk illərində bu sahə diqqətdən kənarda qaldı, üzüm bağlarının əksəriyyəti məhv oldu. Amma bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə üzümçülüyün inkişafı yenidən dövlət səviyyəsində dəstəklənir. Hazırda rayonda yeni salınan üzüm bağlarının ərazisi 1,7 min hektara çatır. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu möhtəşəm festivala görə Fonda minnətdarlığını bildirən icra hakimiyyətinin başçısı deyib ki, iştirakçılar festivalda ölkəmizin müxtəlif bölgələrini təmsil edən şərab istehsalçılarının məhsulları ilə tanış ola biləcəklər. Rayonda baş verən sonuncu zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm işlərin görüldüyünü, yeni evlərin, uşaq bağçalarının, məktəblərin, tibb məntəqələrinin tikildiyini xatırladan icra hakimiyyətinin başçısı Şamaxıya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək festivalın Şamaxıda keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Nazir qeyd edib ki, Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Bu gün aqrar sektorun inkişafı dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bu cür tədbirlərin keçirilməsi aqrar sahəyə göstərilən diqqətdən irəli gəlir. Şamaxı Azərbaycanın üzümçülük sahəsində qədim və zəngin ənənələrə malikdir. Azərbaycanı dünyaya tanıdan üzüm sortları məhz Şamaxıda xalq seleksiya yolu ilə ərsəyə gəlib. Bu tədbirin keçirilməsi təkcə Şamaxı üçün deyil, bütün Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın üzüm istehsalına görə hələ 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında birinci və aparıcı respublikalardan biri olduğunu xatırladan nazir deyib: “Azərbaycanın üzüm sortları – Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərləri ölkəmizi nəinki sovet məkanında, bütün dünyada şərabçılıq və üzümçülük ölkəsi kimi məşhurlaşdırmışdı. Ancaq təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu sahə tənəzzülə uğradı. Hazırda bu gün Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərilir, subsidiyalar, güzəştli kreditlər verilir. Hesab edirik ki, Azərbaycan bu sahədə ənənələrini qısa müddət ərzində bərpa edəcək və öz şöhrətini dünyaya bir daha tanıdacaq. Əlbəttə, bu cür tədbirlərin keçirilməsi şərabçılıq və üzümçülük sahəsinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edərək buna görə Heydər Əliyev Fonduna, Şamaxı Rayon İcra Hakimiyyətinə, “Regional İnkişaf” İctimai Birliyinə, Dövlət Turizm Agentliyinə və Azərbaycan Milli Xalça Muzeyinə - əməyi keçən bütün təşkilatlara minnətdarlığımı bildirirəm". Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov çıxışına italyan mütəxəssis Pizzi Angelo Antoniodan sitat gətirməklə başlayıb: “Hazırda bütün dünya qəbul edir ki, üzümçülüyün və şərabçılığın vətəni Cənubi Qafqaz, o cümlədən Azərbaycandır. Yəni, biz, üzümün vətənindəyik”. O, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası adından Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya belə bir bayrama görə təşəkkürünü bildirərək deyib: “İnanıram ki, bu festival ənənəvi hal alacaq və ilbəil öz əhatə dairəsini daha da genişləndirəcək. Mən festival iştirakçılarına bu iki gün ərzində xoş istirahət və əyləncələr arzu edirəm”. Festivalın açılış mərasimindən sonra təşkil olunan konsertdə tanınmış müğənnilərin, rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, Xalq artistləri Aygün Kazımova və Samir Cəfərovun ifalarında festival üçün hazırlanmış repertuar təqdim olunub.
Suriya ordusu İdlibdə atəşi dayandırmağa razılıq verib like
  • 31 Avq 06:15  
Digərləri Suriya ordusu İdlibdə atəşi dayandırmağa razılıq verib

Suriya Silahlı Qüvvələrinin Komandanlığı İdlibdə atəşi dayandırmağa

arrow Ətraflı
Honq Konqda Qanunvericilik Şurasının iki üzvü saxlanılıb like
  • 31 Avq 04:19  
Digərləri Honq Konqda Qanunvericilik Şurasının iki üzvü saxlanılıb

Honq Konqun Qanunvericilik Şurasının etiraz aksiyalarını dəstəkləyən V

arrow Ətraflı
ABŞ İran tankerini sanksiyalar siyahısına əlavə edib like
  • 31 Avq 03:25  
Digərləri ABŞ İran tankerini sanksiyalar siyahısına əlavə edib

ABŞ İranın "Adrian Darya 1" tankerini sanksiyalar siyahısına daxil edib

arrow Ətraflı
Türkiyədə turist avtobusu aşıb, ölən və yaralananlar var like
  • 31 Avq 02:15  
Digərləri Türkiyədə turist avtobusu aşıb, ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərində turist avtobusu aşıb

arrow Ətraflı
Bakıda restoranda yanğın olub like
  • 31 Avq 01:48  
Digərləri Bakıda restoranda yanğın olub

Bakıda yanğın qeydə alınıb

arrow Ətraflı
"Dorian" qasırğası 3cü dərəcəyə yüksəlib like
  • 31 Avq 01:30  
Dünya "Dorian" qasırğası 3cü dərəcəyə yüksəlib

Atlantik okeanında formalaşan "Dorian" qasırğasının gücü 3-cü

arrow Ətraflı
Avroliqada mövsümün ən yaxşı futbolçusu açıqlandı like
  • 31 Avq 01:18  
Digərləri Avroliqada mövsümün ən yaxşı futbolçusu açıqlandı

Avropa Liqasında 2018-19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləş

arrow Ətraflı
Mənzildə 78 yaşlı kişi meyiti tapılıb like
  • 31 Avq 00:44  
Digərləri Mənzildə 78 yaşlı kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlu

arrow Ətraflı