İlon Mask: 20 ildən sonra bəşəriyyət demoqrafik kollapsla üzləşəcək


Digərləri 31 Avq 2019 00:45:00 247 0

İlon Mask: 20 ildən sonra bəşəriyyət demoqrafik kollapsla üzləşəcək

"SpaceX" kompaniyasının banisi İlon Mask və "Alibaba" kompaniyasının yaradıcısı Cek Ma hesab edirlər ki, 20 ildən sonra bəşəriyyətin üzləşəcəyi ən böyük problem demoqrafik kollaps olacaq.

"Mən doğuş məsələsindən narahatam. Planetdə insanların sayının həddən artıq çox olması barədə fikri köhnəlmiş sayıram. Düşünürəm ki, növbəti 20 il ərzində bəşəriyyətin üzləşəcəyi ən böyük problem demoqrafik kollaps olacaq", - deyə İlon Mask Şanxayda keçirilən süni intellekt üzrə dünya konfransında bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onunla həmsöhbət olan Cek Ma bu fikirlə tam razı olduğunu deyib: "Əhali problemi böyük çağırış olacaq. Ola bilsin ki, Çində yaşayan 1,4 milyard insan böyük rəqəm kimi görünür, lakin bu, növbəti bir neçə il ərzində Çinə böyük problemlər yaradacaq. Əhalinin azalması templəri artmaqda davam edəcək".

İlon Maskın sözlərinə görə, miqrasiya səbəbindən bu problemi həll etmək çətin olacaq. Cek Ma isə öz növbəsində demoqrafiya probleminə diqqət ayırmağın vacibliyini vurğulayıb.

(adsgarden = window.adsgarden || []).push({});