Mənzildə 78 yaşlı kişi meyiti tapılıb


Digərləri 31 Avq 2019 00:44:00 248 0

Mənzildə 78 yaşlı kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olub və orada aşkarlanan 1941-ci il təvəllüdlü Həşimov Elman Qulam oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.