Alimlərin xülyası Dünya ilə Ayı kabellə birləşdirmək


Digərləri 30 Avq 2019 23:55:00 242 0

Alimlərin xülyası  Dünya ilə Ayı kabellə birləşdirmək

Kolumbiya və Kembric universitetlərindən elm insanları, Dünya ilə Ay arasına bir kabel xətti çəkərək həm kosmos turizmində yeni bir səhifə açmaq, həm də kosmosda koloniyalar meydana gətirmək istəyirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, elm insanlarının Dünya və içərisində olduğumuz kainatla əlaqədar işləri sürətlə davam edir. Texnologiyanın irəliləməsiylə birlikdə elm insanlarının da əllərindəki imkanlar çoxaldı və indilərdə, Dünya ilə Ay arasında bir lift qurmaq planlaşdırılır.

Kolumbiya və Kembric universitetləri daxilində işlərini davam etdirən elm insanlarının yeni layihəsi "Spaceline" olaraq adlandırılır. Spaceline, ən fundamental halıyla Dünya ilə Ay arasında bir kabel əlaqəsinin edilməsi və bu kabel əlaqəsi üzərindən nəqliyyat əməliyyatları reallaşdırılması mənasını verir. Əgər bu layihə reallaşsa həm Ay ilə Dünya arasına bir lift qurulmuş, həm də kosmos turizminin qapıları məqbul bir qiymətlə açılmış olacaq.

Mövzuyla əlaqədar araşdırma aparan Kembric Universitetindən Zefir Penoyr, Spaceline sisteminin bir qatar yolu sistemi kimi düşünülə biləcəyini ifadə etdi. Ancaq bu vəziyyətin qatar səfərindən bir az daha fərqli olacağını söyləyən Penoyr, kosmosun dərin boşluqlarında səfər etmənin çox daha asan olduğunu ifadə etdi.

(adsgarden = window.adsgarden || []).push({});