Kəbin kəsildikdən sonar kəbin kağızı kimdə qalmalıdır: oğlanda ya qızda?


Digərləri 30 Avq 2019 23:55:00 271 0

Kəbin kəsildikdən sonar kəbin kağızı kimdə qalmalıdır: oğlanda ya qızda?

Kəbin kəsildikdən sonar kəbin kağızı kimdə qalmalıdır: oğlanda ya qızda?

Kəbin kağızı tərəflər arasında dini cəhətdən qanuni sayılan nikah əqdinin - kəbinin oxunduğunu təsdiq edən sənəddir. Əslində şəriətin vacib saydığı şərt kəbini şifahi şəkildə oxumaqdır. Əgər kəbinin sözləri bütün şərtləri ilə birlikdə düzgün oxunursa, artıq tərəflər ər-arvad sayılırlar. Amma bundan əlavə, adət-ənənəyə görə kəbin kağızı da yazılır. Kəbin kağızı daha çox hüquqi mahiyyət daşıyan formal sənəddir. Kəbin kağızı ona görə yazılır ki, əvvəla, ətrafdakı insanlar kəbini şübhə altına salmasınlar. İkincisi, əgər boşanma baş verərsə, kəbin kağızı qadının hüququnu qorumaq üçün ən vacib sənəddir. Belə ki, qadın kəbin kağızına istinad etməklə təyin olunuş mehriyyəni (kəbin pulunu) kişidən tələb edə bilər.

Kəbin kağızının kimdə qalması ciddi prinsipial əhəmiyyət daşımır. Lakin yuxarıda yazılanları nəzərə alaraq, ənənəyə görə kəbin kağızını nikaha daxil olan qız və ya onun qohumları özündə saxlayır.

(adsgarden = window.adsgarden || []).push({});