Britaniyalı jurnalistlər yeni Nissan Juke ilə tanış olublar FOTO


Digərləri 30 Avq 2019 23:58:00 236 0

Britaniyalı jurnalistlər yeni Nissan Juke ilə tanış olublar  FOTO

Britaniyanın "Autocar" dərgisinin jurnalistləri yeni nəsil Nissan Juke modelinin sınaq prototipi ilə tanış olmaq imkanı əldə ediblər. Yeni Juke modelinin debütünə bir neçə həftə qalmış britaniyalı həmkarlarımız avtomobil haqqında məlumatla bölüşüblər.

Krossover kamuflyaj örtüyünə malik olsa da, yapon markasının nümayəndələri yeni Nissan Juke modelinin çöhrəsində GT-R 2020 Vision Gran Turismo və Gripz krossoverinin tanış cizgilərini tapa biləcəyimizi söyləyiblər. Buna baxmayaraq, yeni krossover sələfinin tanınan formalarına  malik olacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, sınaq prototipi Nissan Micra modelindən tanış olan 115 at qüvvəli 1,0-litrlik mühərrik ilə təchiz edilib. Bu günə qədər bu aqreqat, modelin mühərrik çeşidinə rəsmi olaraq daxil edilmiş yeganə güc aqreqatıdır. Güc aqreqatı iki muftalı 7-pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Yapon mühəndisləri variatordan imtina etmək qərarına gəliblər.

Yeni Nissan Juke modelinin model çeşidinə 1,3-litrlik benzin, 1,5-litrlik dizel və 200 at qüvvəsinə qədər gücə malik olan 1,6-litrlik turbomühərrikin daxil ediləcəyi gözlənilir. Qoşulan hibrid modifikasiyasına gəldikdə isə, marka nümayəndələri bu barədə konkret cavab verməkdən imtina ediblər. Renault şirkətinin Captur PHEV modelinin buraxılacağını təsdiq etməsi, gələcəkdə Juke PHEV hibridinin də işıq üzü görəcəyindən xəbər verir.

Jurnalistlər avtomobilin salonunda da çoxlu dəyişikliklərin olduğunu bildirirlər. Juke modeli artıq baza versiyasında sensorlu ekranı olan multimedia sisteminə və keyfiyyəti yaxşılaşdırılmış tərtibat materiallarına sahib olacaqdır. Krossoverin bahalı verisyaları üçün üç fərdiləşdirmə dəsti nəzərdə tutulubdur ki, bu dəstlər seçilən tikişlərin və alkantaradan hazırlanmış elementlərin mövcudluğunu nəzərdə tutur.

Yeni krossoveri Nissan Connected Services tətbiqinə də qoşmaq imkanı olacaqdır. Bu servis avtomobilin yerləşməsini və sürətini izləməyə, məsafədən qapıları açıb-bağlamağa, tətbiqin Google Home yardımçısı ilə sinxronlaşdırılması halında isə, tətbiqə 35 sualla mürəciət etmək imkan da verir.

(adsgarden = window.adsgarden || []).push({});