Qaxda maşın dərəyə aşdı


Digərləri 30 Avq 2019 23:46:00 279 0

Qaxda maşın dərəyə aşdı

Qaxda avtomobil dərəyə aşıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qax-İlisu avtomobil yolunun rayonun İlisu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax rayon sakini 26 yaşlı Rafiq Süleyman oğlu Məmmədovun idarə etdiyi 10-TT-413 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq Kürmük çayının sol sahilinə, təqribən 20 metr dərinliyə yuvarlanıb.

Deformasiyaya uğramış avtomobildən çıxarılan R.Məmmədov Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya alın nahiyyəsinin kəsilmiş və cırılmış yaraları diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.