İxbat məqamına necə çatmaq olar?


Digərləri 30 Avq 2019 23:50:00 262 0

İxbat məqamına necə çatmaq olar?

Qurani-Kərim buyurur: "(Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil). Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər.

Çünki sizin İlahiniz - tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver". ("Həcc" 34).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayə ona şəhadət verir ki, keçmiş ümmətlər də qurban kəsərlərmiş və İslam dinində də bu hökmə əməl edilməlidir. Bu ayədə adı çəkilən muxbitlər o kəslərdir ki, vəhdətə meyil edirlər və ancaq Allaha itaət edirlər. Allah buyurur ki, müsəlmanlar da keçmiş ümmətlər kimi həcci yerinə yetirib, vahid olmalıdırlar. Həmçinin qurban kəsən zaman Allahın adını çəkməyi unutmasınlar. Bu yolla bütpərəstliyin kökü kəsilmiş olsar. Çünki Allah tək və yeganədir və heç kəs Ona şərik qoşula bilməz.

O insanlar ki, Allahın qoyduğu bu qanunlara əməl edər və müti olar, Allah onları muxbit adlandırmışdır.

Əslində Quran bu ayəsinin yardımı ilə belə bir qanunu hökm edir ki:

- Ey bəşər insanları! Bilin ki, sizin məbudunuz tək və yeganədir. Ona görə də Allah Təalaya təslim olun.

- Ey Allahın elçisi! Sən isə Allahın əmrləri qarşısında müti olanlara əbədi səadəti müjdə ver.

- Hər kim həcc əməlini ixlas və təvazökarlıqla yerinə yetirər, ixbat məqamına çata bilər. Quranın nəzərinə görə muxbitlər o kəslərdir ki, bu dörd bəyənilən sifətə malik olsunlar:

1. O zaman ki, Allahın adı çəkilər, Allahın əzəməti qarşısında qəlbləri titrəyər və qəlblərində qorxu yaranar.

2. Məkruh və bəyənilməyən əməllərdən çəkinər və buna səbir edərlər.

(adsgarden = window.adsgarden || []).push({});