Hindistanda uşaq evində kütləvi zəhərlənmə olub, ölənlər var


Dünya 30 Avq 2019 23:31:00 205 0

Hindistanda uşaq evində kütləvi zəhərlənmə olub, ölənlər var

Hindistanın Mathura şəhərində yerləşən uşaq evində kütləvi zəhərlənmə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, 12 uşaq qidadan zəhərlənib, onlardan 2-si dünyasını dəyişib.

Bildirilir ki, zəhərlənən uşaqlardan 6-sının vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırma aparılır