Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatının mükafatlandırma mərasimi keçirilib


Digərləri 30 Avq 2019 23:40:00 189 0

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatının mükafatlandırma mərasimi keçirilib

Bu gün Milli Gimnastika Arenasında Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatının "böyüklər" və "yeniyetmələ" yaş kateqoriyalarında qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib

Bakı. Cani Babayeva - Bu gün Milli Gimnastika Arenasında Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatının "böyüklər" və "yeniyetmələ" yaş kateqoriyalarında qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, "böyüklər" yaş kateqoriyasında çoxnövlü fərdi mübarizədə (halqa, top, gürzlər və lentlə hərəkətlər) birinci yeri Zöhrə Ağamirova (85.950 bal), ikinci yeri Veronika Qudis (74.150 bal), üçüncü yeri isə Yelizaveta Luzan (71.600 bal) tutublar. Hər üç gimnast “Ocaq Sport” Klubunun təmsilçiləridir. "Yeniyetmələr" yaş kateqoriyasında çoxnövlü fərdi mübarizədə (ip, top, gürzlər və lentlə hərəkətlər) birinci yeri Alina Gğzəlova (52.800 bal), ikinci yeri Nigar Usubova (50.650 bal), üçüncü yeri isə Leyli Ağazadə (50.400 bal) tutublar. A.Gözəlova və N.Usubova "Ocaq Sport" klubunu, Leyli Ağazadə isə Sumaqıt şəhərini təmsil ediblər. Qeyd edək ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına start verilib.