Pulcuqsuz balığın kürüsünü də yemək haramdır?


Digərləri 30 Avq 2019 22:50:00 295 0

Pulcuqsuz balığın kürüsünü də yemək haramdır?

Cəfəri məzhəbi baxımından pulcuğu olmayan balıqları yemək haramdır. Bu barədə məsumlarımızın hədislərində kifayət qədər sübutlar vardır. Əgər "balığın əti haramdır" fətvası verilirsə, bu, balığın bütün yeyilən üzvlərinə aiddir; istər balığın əti olsun, istər kəlləsi, istərsə də kürüsü. Hansı balığın pulcuğu yoxdursa, onun erkəyini də - dişisini də, böyüyünü də - balasını da, kürüsünü də yemək olmaz. Bir daha təkrar edirik ki, bu hökm cəfəri (şiə) məzhəbinə məxsusdur; əhli-sünnə məzhəbinə görə sudan tutulan hər cür balıq növünün əti və kürüsü yeyilə bilər.

(adsgarden = window.adsgarden || []).push({});