Kia yeni Mohave modelinin interyeri üzərindən sirr pərdəsini götürüb FOTO


Digərləri 30 Avq 2019 22:30:00 244 0

Kia yeni Mohave modelinin interyeri üzərindən sirr pərdəsini götürüb  FOTO

Kia şirkəti yeni nəsl Mohave modelinin interyerinin şəklini dərc edib. Dərc edilmiş şəkildən göründüyü kimi, avtomobili salonunda radikal dəyişikliklər baş verib.

İlk növbədə diqqəti çəkən, alüminium və ağac ilə tərtib edilmiş tam yeni və müasir cihazlar panelidir. Ofrouder havalandırma sisteminin yeni deflektorlarına, klimat-kontrolun idarəetmə blokuna və qapı panellərinə sahib olub. Bundan başqa, interyerdə yeni mərkəzi tonneli və daha gözəgəlimli dördmilli sükan çarxını görmək olar.

Son.az autograph.az-a istinadən bildirir ki, bir müddət bundan öncə, Kia şirkəti yeni nəsil Mohave modelinin ilk şəkillərini dərc edib. Yeni ofrouder tamamilə, bu ilin yazında Seul avtosalonunda nümayiş etdirilmiş Mohave Masterpiece konseptinə bənzəyir. Ən maraqlısı isə, avtomobilin üzərində Kia emblemlərinin olmamasıdır.

Seriya modeli ilə konsept arasında olan fərqlər xırda detallardadır. Məsələn, radiator barmaqlığı bir qədər genişlənmiş və daha az nəzərəçarpan olmuşdur. Bundan başqa, ön bamperdəki hava girişlərinin ölçüsü də böyüdülmüşdür. Arxa hisssədə baş vermiş dəyişikliklər ümumiyyətlə kosmetik xarakter daşıyır. Yeni ofrouder sələfindən ön və arxa hissənin dizaynı ilə seçilsə də, kuzovun yan tərəflərinin forması əvvəlki Mohave modelində olduğu kimidir.

(adsgarden = window.adsgarden || []).push({});