Ağstafada 3 tondan artıq çətənə məhv edilib FOTO


Digərləri 30 Avq 2019 21:03:00 248 1

Ağstafada 3 tondan artıq çətənə məhv edilib  FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Son.az Trend-ə istinadən bildirir ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Qarayazı qəsəbəsi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 3150 kiloqram olan, hər birinin hündürlüyü 160-220 sm olan 4500 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.