“Nəzər ayələri” hansılardır?


Digərləri 30 Avq 2019 21:05:00 241 1

“Nəzər ayələri” hansılardır?

Qurani-Kərimin mübarək "Qələm" surəsinin axırıncı iki ayəsini xalq içində "nəzər ayələri" adlandırırlar. Səbəbi budur ki, bu ayələri oxumağın və ya yazıb üstündə gəzdirməyin bədnəzəri batil etməsi barədə xəbərlər vardır. Buna görə insanlar bədnəzərə qarşı mübarizə aparmaq üçün bu iki ayəni oxuyur, kağıza yazıb özləri ilə gəzdirirlər. Nəzər ayələrini suvenirlərin üzərinə də yazırlar. Ayənin ilk sözü olan "və in yəkad" ifadəsini də ənənəyə görə bəzən "nəzər duası" adlandırırlar. Qeyd edək ki, bundan əlavə, Quranın "qül" (de) sözü ilə başlayan 4 surəsinin - "Kafirun", "İxlas", "Fələq" və "Nas" surələrinin, xüsusilə də sonuncu iki surənin bədnəzərə qarşı çox faydalı olduğuna inam vardır.

(adsgarden = window.adsgarden || []).push({});