Günəş hansı şərtlərlə nəcasəti pak edir?


Digərləri 30 Avq 2019 20:55:00 296 1

Günəş hansı şərtlərlə nəcasəti pak edir?

Əvvəla, qeyd edək ki, Günəş (gün işığı) yalnız yeri və divarı pak edər. Başqa əşyaları Günəşlə pak etmək mümkün deyil, su və ya başqa vasitələrdən istifadə etmək lazımdır. Yerin və divarın da Günəşlə pak edilməsi üçün bəzi şərtlər tələb edilir. Ən vacib şərtlər bunlardır: yer və ya divar yaş olmalıdır ki, Günəş şüaları onu qurutsun. Əgər qurudursa, onu islatmaq lazımdır ki, Günəş şüaları ilə qurusun. İkincisi, Günəşin şüaları yerin və divarın üzərinə birbaşa düşməlidir. Pərdə arxasından, qalın buludun arxasından düşən Günəş şüası pak etməz. Üçüncüsü, hava çox da küləkli olmamalıdır. Belə ki, gərək elə alınmasın ki, Günəş şüaları təkbaşına yox, küləklə birlikdə yeri (divarı) qurudub. Dördüncüsü, yerin və divarın üzərində nəcasətin özü (eyni-nəcasət) qalmamalıdır, eyni-nəcasəti təmizləyəndən sonra Günəş şüaları o yeri pak edə bilər. Bəzi başqa şərtlər üçün də risaləyə baxıb dəqiqləşdirmək məsləhətdir.

(adsgarden = window.adsgarden || []).push({});