“Fərəc” nə deməkdir?


Digərləri 30 Avq 2019 20:25:00 333 0

“Fərəc” nə deməkdir?

"Fərəc" sözü çətinlikdən qurtulmaq, xilas olmaq mənasını verir. Bununla On ikinci İmamın (ə) zühuru nəzərdə tutulur. İmamın zühurunu gözləmək, həmin günün intizarında olmaq ibadət qədər savaba malikdir. Peyğəmbərimiz buyurmuşdur: "İbadətlərin ən üstünü fərəcin intizarında olmaqdır" (Biharül-ənvar, 52-ci cild, səh. 125).

Burada passiv, dağıdıcı intizar deyil, islahedici intizar nəzərdə tutulur. Zühurun intizarında olmaq özünü həmin günə hazırlamaq, haqqın tərəfində olmaq, zülmlə barışmamaq deməkdir. İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədislərin birində buyurulur: "Kim Qaimin (İmam Mehdinin) səhabələrindən olmaq istəyirsə gözləsin. Gözlədiyi halda günahlardan çəkinsin və əxlaqını yaxşılaşdırsın" (Biharül-ənvar, 52-ci cild, səh. 140).

(adsgarden = window.adsgarden || []).push({});