Erkan Özoral: Viza rejiminin ləğvi əlaqələrin daha da inkişafına xidmət edəcək


Digərləri 30 Avq 2019 20:17:00 230 0

Erkan Özoral: Viza rejiminin ləğvi əlaqələrin daha da inkişafına xidmət edəcək

Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi qardaşlıq münasibətlərinin təzahürüdür.

Bakı. Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi qardaşlıq münasibətlərinin təzahürüdür. Trend-in məlumatına görə, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsinə münasibət bildirərkən deyib. Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğvi əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcək. İki ölkə arasında gediş-gəlişlər asanlaşacaq: "Bu qərar həm də turizmin inkişafına təkan verəcək. İş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək". Qeyd edək ki, ötən ay M.Çavuşoğlu bəyan etmişdi ki, Azərbaycan bu il sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi isə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlandığını təsdiq edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin