Bir insanın ruhunun öləndən sonra başqa bədənə keçib həyata qayıtması mümkündürmü?


Digərləri 30 Avq 2019 20:05:00 244 0

Bir insanın ruhunun öləndən sonra başqa bədənə keçib həyata qayıtması mümkündürmü?

Ruhun bir bədəndən başqasına keçib həyata qayıtması reinkarnasiya adlanır. Bir çox qeyri-ilahi dinlərdə, o cümlədən hinduzimdə və aborigen qəbilə inanclarında bu əqidə mövcuddur. Ərəb dilində buna "tənasüx" deyirlər. İslam dini tənasüxü qəbul etmir və batil sayır. Dinimizə görə, Allah-Təala hər ruhu müəyyən bir bədəndə həyata göndərir, ruh o bədənin daxilində fəaliyyət göstərir, bədən öldükdən sonra ruh Allahın dərgahına qayıdır və axirət gününü gözləyir. Axirətdə hər ruh öz bədəninin daxilindəki fəaliyyətinə görə mühakimə olunacaq. Əgər bir ruh bir neçə bədəndə yaşasaydı, qiyamətdə hansı bədəndəki fəaliyyətinə görə cavab verərdi? Əgər hinduzimdə deyildiyi kimi, ruh bir bədəndə işini bitirdikdən sonra bunun nəticəsinə uyğun olaraq, daha üstün və ya daha alçaq olan ikinci həyata qayıdırsa, o halda qiyamət gününə nə ehtiyac qalır?

(adsgarden = window.adsgarden || []).push({});