İşə qəbul müsabiqəsində vakant yerləri tutan müəllimlərin növbəti turlarda iştirak hüququ məhdudlaşdırılıb


Digərləri 30 Avq 2019 19:59:01 210 0

İşə qəbul müsabiqəsində vakant yerləri tutan müəllimlərin növbəti turlarda iştirak hüququ məhdudlaşdırılıb

İşə qəbul müsabiqəsində vakant yerləri tutan müəllimlərin növbəti turlarda iştirak hüququ məhdudlaşdırılıb Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin birinci yerləşdirilməsi mərhələsində vakant yerlərə yerləşdirlən namizədlərin növbəti turlarda iştirak hüququ məhdudlaşdırılıb.

Bakı. İlhamə İsabalayeva - Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci yerləşdirilmə mərhələsində vakant yerlərə yerləşdirlən namizədlərin növbəti turlarda iştirak hüququ məhdudlaşdırılıb. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci yerləşdirilmə mərhələsində iştirak etməyən və ya iştirak edib vakant yer tuta bilməyən namizədlər əlavə yerləşdirmə üçün vakansiya seçiminə qatıla bilərlər. Uğur qazanaraq vakant yerlərə yerləşdirilən namizədlər isə əlavə vakansiya seçimində iştirak edə bilməzlər: