İraqın şimalında 600-dən çox PKK terrorçusu öldürüldü


Digərləri 30 Avq 2019 18:57:00 178 0

İraqın şimalında 600-dən çox PKK terrorçusu öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularına qarşı keçirdiyi əməliyyat çərçivəsində 676 PKK döyüşçüsü öldürülüb.

Bakı. Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçularına qarşı keçirdiyi əməliyyat çərçivəsində mayın 27-dən bu günə qədər 676 PKK döyüşçüsü öldürülüb. Trend-in Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hesabatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri əvvəlki kimi PKK terrorçularına, o cümlədən ölkənin milli təhlükəsizliyinə təhdid yaradan digər terror təşkilatlarına qarşı fəal mübarizə aparacaq. Qeyd edək ki, mayın 27-də Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində Pençe ("Pəncə") adlı genişmiqyaslı əməliyyata başlayıb.