"Acika"nın hazırlanması


Digərləri 30 Avq 2019 18:49:00 240 0

"Acika"nın hazırlanması

Son.az Lent.az-a istinadən maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Xeyale Xalilova" adı ilə məşhur olan səhifəyə istinadla "acika"nın resepti ilə tanış edəcəyik.

Tərkibi:

5 kq pomidor, 3 kq qırmızı bibər, 300 qr sarımsaq, 3 dəstə cəfəri, yarım kq-a qədər acı bibər, stəkanın başından əskik duru yağ, duz (zövqə görə).

Hazırlanma qaydası:

Bütün ərzaqları yuyuruq. Sonra pomidorları isti suya töküb, qabığını soyuruq. Daha sonra bibərləri közləyib qabığından ayırırıq və tumunu təmizləyirik. Sonra bütün ərzaqları növbə ilə ət maşınından keçiririk. Birinci pomidoru, sonra qırmızı bibər, yaşıl bibər və sarımsaq ət maşınından keçirilir. Daha sonra bütün ərzaqları tökürük qazana. Qazanı ocağa qoyub məhsulun üzərinə duz əlavə edirik. Ağzını örtmürük ki, suyu yaxşı çəkilsin. Bişənə kimi tez-tez qarışdırırıq. Təxmini 2 saat qaynadıqdan sonra göyərtini və duru yağı əlavə edib 15 dəqiqə sonra ocaqdan götürürük. Bankalara yığıb ağzını yumşaq örtürük, qoyuruq qazanda qaynamağa. Bir az qaynadıqdan sonra ağzını möhkəm bağlayıb qış üçün sərin yerdə saxlayırıq.

(adsgarden = window.adsgarden || []).push({});