Əhalinin banklardakı əmanətləri artıb


Digərləri 30 Avq 2019 17:39:00 229 0

Əhalinin banklardakı əmanətləri artıb

31 iyul 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30,090.0 mln. manat, cəmi öhdəlikləri isə 25,507.0 mln. manat təşkil edib.

Son.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, sektorun balans kapitalı 4,583.0 mln. manat olub.

İyul ayına sektorun aktivlərinin 44.3%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (196.2 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,342.3 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2.5% (210.1 mln. manat) artaraq 8,650.7 mln. manata çatıb.

2019-cu ilin iyul ayında fiziki şəxslərin əmanətləri 8,471.6 mln. manat təşkil edib. İyul ayında müddətli əmanətlər 0.4% (19.9 mln. manat) artaraq 5,357.4 mln. manat təşkil etmişdir. Artım milli valyutada olan əmanətlər (58.7 mln. manat, 2.5%) üzrə baş vermişdir.

Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3.7% (375.7 mln. manat) artaraq 10,573.2 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 11.4% (257.6 mln. manat) artaraq 2,510.8 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 6.9% (274.0 mln. manat) artaraq 4,246.3 mln. manata, xarici valyutada olan müddətli depozitlər isə 12.3% (249.8 mln. manat) artaraq 2,285.5 mln. manata çatıb.

Sektorun balans kapitalı iyul ayı ərzində 0.4% (16.7 mln. manat) azalaraq 4,583.0 mln. manat təşkil etmişdir.