Ramin Quluzadə “AZCLOUD Hackathon 2019” müsabiqəsinin iştirakçıları ilə görüşüb


Digərləri 30 Avq 2019 17:25:55 203 0

Ramin Quluzadə “AZCLOUD Hackathon 2019” müsabiqəsinin iştirakçıları ilə görüşüb

“AZCLOUD Hackathon 2019" müsabiqəsi davam edir.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019" müsabiqəsi davam edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ramin Quluzadə Bakı Olimpiya Stadionunda müsabiqənin iştirakçıları ilə görüşüb. Komandaların üzvləri ilə tanış olan nazir gənclərin informasiya texnologiyaları sahəsinə artan marağını xüsusi vurğulayıb. R.Quluzadə informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək ixtisaslı gənc kadrlara ehtiyac olduğunu bildirib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və tabeliyindəki qurumlarda gənc kadrlara yaradılan şəraitdən danışıb.