"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşdi


Digərləri 30 Avq 2019 15:50:00 216 0

"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Bakı. Ceyhun Ələkbərov - Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir. Trend-in məlumatına görə, Monakoda keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub. Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. "Qarabağ" əmsalına əsasən 3-cü səbətə düşüb. Ümumilikdə püşkatma nəticəsində 12 qrupun tərkibi müəyyənləşəcək. Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.