Daha bir üzv DNİK dərnəyini tərk etdi


Digərləri 30 Avq 2019 15:46:00 179 0

Daha bir üzv DNİK dərnəyini tərk etdi

Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnəyin daha bir üzvü Vəfadar Əliyev həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.

Bakı. Samir Əli - Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnəyin daha bir üzvü Vəfadar Əliyev həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib. Trend-ə daxil olan bəyanatda dərnək üzvlüyünü tərk edən V.Əliyev bəyanatında qeyd edib ki, dərnəyin layihəsi və tələbləri onu qane etmir: "DNİK-in layihəsi və onun qarşıya qoyduğu məqsədlər məni qane etmir. Mən hər zaman ölkədə inqilabi hərəkətlərə, xaos və hərc-mərcliyin yaranmasına qarşı olmuşam". Dərnəyin sadəcə layihə kimi yaradıldığını vurğulayan Vəfadar Əliyev dərnəyin fəaliyyət göstərmədiyini bildirib. Vəfadar Əliyev avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat verib.