XİN: İsrail dronlarının İraq və İrana hücum edilməsi üçün Azərbaycana gətirilməsi məlumatları dezinformasiya məqsədi daşıyır


Digərləri 30 Avq 2019 15:31:00 189 0

XİN: İsrail dronlarının İraq və İrana hücum edilməsi üçün Azərbaycana gətirilməsi məlumatları dezinformasiya məqsədi daşıyır

İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.

Bakı. Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir. Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. L.Abdullayeva qeyd edib: "Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin