Bayern Munich-in baş direktoru dəyişir


İdman 30 Avq 2019 14:31:00 260 0

Bayern Munich-in baş direktoru dəyişir

Bayern Munich-in sabiq qapıçısı Oliver Kan klubun İdarə Heyətinin üzvü olub.

Goal.az-ın məlumatına görə, o, 2022-ci ildə baş direktor vəzifəsində Karl-Haynts Rummenigeni əvəzləyəcək. 50 yaşlı sabiq qolkiperin klubla müqaviləsi 5 illik nəzərdə tutulub və 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, Oliver Kan 1994 - 2008-ci illərdə Bavariya təmsilçisinin formasını geyinib. O, 1995 - 2006-cı illərdə Almaniya millisinin şərəfini qoruyub.