Yeni "iPhone" modellərinin təqdim olunacağı tarix açıqlandı


Digərləri 30 Avq 2019 14:24:00 252 0

Yeni "iPhone" modellərinin təqdim olunacağı tarix açıqlandı

Dünyanın ən bahalı və məşhur şirkəti "Apple" yeni məhsullarını təqdim edəcəyi tarixi açıqlayıb.

Son.az Apple Insider-ə istinadla xəbər verir ki, təqdimat sentyabr ayının 10-da, ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərindəki Stiv Cobs salonunda baş tutacaq. Salonda iPhone 11, iPhone 11 Pro və iPhone 11R modelləri təqdim ediləcək.

Həmçinin, Apple Watch 5 və Mac komputerləri də nümayiş olunacaq.

Qeyd edək ki, iki gün əvvəl "Apple" şirkəti Siri proqramı vasitəsi ilə istifadəçilərinin səslərinin qeydə alındığına görə üzr istəyib.

(adsgarden = window.adsgarden || []).push({});