Bakıda zəncirvari qəza


Digərləri 30 Avq 2019 13:54:00 227 0

Bakıda zəncirvari qəza

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza Qaradağ rayon Lökbatan qəsəbəsində qeydə alınıb. Şəhər istiqamətində hərəkət edən 5 avtomobil, yola dağılan maşın yağına görə qəza törədiblər.

Yağın üzərindən kəçən avtomobillər idarəetməni itirərək dəmir arakəsməyə çırpılıblar.

Hadisədə xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.