"Azərbaycanın potensialı şərab turizminin inkişafına imkan verir"


Digərləri 30 Avq 2019 13:59:00 253 0

"Azərbaycanın potensialı şərab turizminin inkişafına imkan verir"

"Azərbaycanın iqlimi, potensialı ölkəmizdə şərab turizminin inkişaf etməsinə imkan verir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov Şamaxıda Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan "Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı" adlı dəyirmi masada deyib.

Şərabçılıq və üzümcülüyün Azərbaycan üçün ənənəvi sahə olduğunu nəzərə çatdıran E.Mədətov qeyd edib ki, son 10 il ərzində ölkəmizdə şərabçılığın inkişafı üçün böyük işlər görülüb. Son 10 ildə Azərbaycanda tam müasir standartlara uyğun 12-yə yaxın şərab zavodu tikilib. Azərbaycanın şərab zavodlarında dünyanın tanınmış mütəxəssisləri çalışırlar.

E.Mədətov qeyd edib ki, son illər ərzində Azərbaycanda şərabçılığa maraq artıb. 2017-ci illə müqayisədə 2018-ci ildə şərab məhsullarının ümumi istehsal göstəricisi 50 faizə yaxın, ixrac edilən məhsulların miqdarı 29,4 faiz artıb: