Bakının Baş Planı 2020-ci ilin oktyabrında təsdiqlənəcək


Digərləri 30 Avq 2019 13:26:00 231 0

Bakının Baş Planı 2020-ci ilin oktyabrında təsdiqlənəcək

Bakının Baş Planı ilə bağlı ilkin konsepsiya artıq hazırlanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Bakı. Samir Əli - Bakının Baş Planı ilə bağlı ilkin konsepsiya artıq hazırlanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud bildirib. Onun sözlərinə görə, bu, bütün işlərin ilkin fazasıdır: "Bakının 25 min və 10 min miqyasında xəritələri hazırlanmaqdadır. Burda nəqliyyat, mühəndis-kommunikasiya sistemləri və ətraf mühitin mühafizəsi məsələlərinə baxılır. İlin sonunadək 3-cü fazaya başlanılacaq. 2020-ci ilin oktyabr ayına qədər sonuncu faza, yəni, Baş Planın təsdiqləməsi gözlənilir".