Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi:


Digərləri 30 Avq 2019 13:14:00 223 0

Bakıda avtobus sürücüsü əsgəri təhqir etdi:

Ötən gün Bakıda avtobus sürücüsü əsgəri təhqir edib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Facebook"da hadisə şahidləri məlumat yayıblar.

Sosial şəbəkə istifadəçisi Leyla Həsənova yazıb ki, 4 nömrəli avtobus sürücüsü sərnişinlərdən birini, əsgəri söyüb.

Baş verənləri olduğu kimi təqdim edirik:

"4 nömrəli avtobusda bir əsgər də var idi. Əsgər əlində xəstəxanadan aldığı müayinənin nəticələrini göstərən yekə bir torba tutmuşdu.

Üzdən oxumaq olurdu. "Azadlıq"la "İnqilab"ın kəsişməsində dayanacaqda düşəsi oldu.

Elə bu vaxt gənc sürücü əsgərin üstünə qışqırdı ki, "ayə, general (lağa qoyurdu) yol pulunu ver. Niyə düşüb qaçırsan?". Bu vaxt əsgər əlini cibinə salıb dedi ki, "sən Allah, bağışla, fikrimdən çıxıb, götür pulu...".