Sabah güclü yağış yağacaq


Digərləri 30 Avq 2019 12:52:00 237 0

Sabah güclü yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 761 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti mülayim şimal-şərq küləyi əsəcək.