Rahidəyə qarşı 30 MİNLİK DƏLƏDUZLUQ


Şou-biznes 30 Avq 2019 12:49:00 237 0

Rahidəyə qarşı 30 MİNLİK DƏLƏDUZLUQ

"Yaman arıqlamısan. Nəyin dərdini çəkirsən?"

Son.az xəbər verir ki, bu sualla "5/5"in aparıcısı Zaur Kamal qonağı Rahidə Baxışovaya müraciət edib.

Evini təmir etdirmək istədiyini deyən Rahidə efirdə üstü örtülü də olsa ustanın ona qarşı fırılaqçılıq etdiyini "Evimi təmir etdirirdim, o da ki, belə... Usta ilə problem yaşandı" sözləri ilə diqqətə çatdırıb.

Aparıcı xanım ifaçının açıqlamaq istəmədiyi olayı "Camaatın 100 mini, 200 mini batır, sənin də 30 minin... Ona görə stresə düşürsən" ifadələri ilə gün üzünə çıxarıb.

Rahidə Zaurun sözlərinə verdiyi cavab ilə hər kəsi kövrəldib:

"O mənim üçün böyük bir məbləğdir. Mən çox çətinliklə o pulu qazanıram. Bu bir, iki günün əməyi, qazancı deyil. Mən illərlə qəpik-qəpik yığıram ki, balalarım üçün bir yuva qurum, bilirsiniz? Mən onlar üçün həm atayam, həm anayam. 

Hələ pulu almamışam. İndi iş hüquq-mühafizə orqanlarındadır. İnanıram ki, bu iş öz həllini tapar". 

(adsgarden = window.adsgarden || []).push({});