AFFA Almaniya klubunun Dadaşovla bağlı xahişini geri çevirdi


İdman 30 Avq 2019 12:48:00 263 0

AFFA Almaniya klubunun Dadaşovla bağlı xahişini geri çevirdi

AFFA Almaniyanın III liqasında çıxış edən Prussien klubunun Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla bağlı xahişini geri çevirib.

Goal.az “Bild”ə istinadən xəbər verir ki, Münster təmsilçisi 27 yaşlı hücumçunun AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya yığması ilə oyunlar üçün Azərbaycan millisinə bir qədər gec qoşulmasını istəyib. Səbəb kimi isə sentyabrın 4-də Vestfaliya Kubokunda Rodinghausen-lə matçda Dadaşova ehtiyac duyduqları göstərilib. Lakin milli assosiasiyadan müsbət cavab alınmayıb.

Klubun idman direktoru Malte Metselder məsələ ilə bağlı bunları deyib: “Kubok oyununda iştirak etmək üçün Rüfətin gedişini yubatmağa ümid edirdik. Lakin AFFA razı olmadı və futbolçunun sentyabrın 1-də millinin düşərgəsinə qoşulmasını istədi”.

Dadaşov özü isə vəziyyəti bu cür şərh edib: “Əlbəttə, Rodinghausen-lə matçda iştirak etmək istərdim. Ancaq Azərbaycandan zəng gələndə, vətənə yollandmaq mənim üçün şərəfdir”.

Qeyd edək ki, Prussien” avqustun 31-də III liqanın VII turu çərçivəsində Hansa-nın qonağı olacaq. Dadaşov oyundan dərhal sonra Bakıya yola düşəcək. (report)