Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə sentyabrın 2-də keçiriləcək


Digərləri 30 Avq 2019 12:35:25 223 0

Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə sentyabrın 2-də keçiriləcək

Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.