Həyat yoldaşı ilə intim əlaqəyə görə İTTİHAM EDİLİR


Kriminal 30 Avq 2019 12:29:00 237 0

Həyat yoldaşı ilə intim əlaqəyə görə İTTİHAM EDİLİR

Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirli bilinərək məhkum edilən Qurbanzadə Elsevər Eldəniz oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və ittiham edildiyi maddənin dəyişdirilməsini xahiş edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, iş hakim Hafiz Nəsibovun icraatına verilib.

Məhkəmə baxış iclası oktyabr ayının 9-na təyin olunub.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrında baş verib. Dekabrın 19-da Gəncənin Nizami rayonu ərazisində yerləşən supermarketlərin birində Elsevər Qurbanzadə arvadı, 18 yaşlı Sevinc Quliyevaya çoxsaylı bıçaq zərbələri vurub.

Sevinc Quliyeva işlədiyi həmin marketin işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Elsevər Qurbanzadə ilə birlikdə yaşadıqları müddətdə cütlük arasında tez-tez münaqişələr baş verirmiş. Nəticədə Sevinc Quliyeva ərindən ayrılaraq ata evinə qayıdıb.

Elsevər Qurbanzadə isə bunu özünə qarşı təhqir hesab edərək arvadını cəzalandırmaq qərarına gəlib.

Bu məqsədlə dekabrın 19-da özü ilə bıçaq götürən Elsevər Qurbanzadə arvadının işlədiyi marketə gəlib, ona çoxsaylı bıçaq zərbələri vurmaqla, cinayət əməlini başa çatdırıb. İstintaq araşdırması zamanı məlum olub ki, Elsevər Qurbanzadə Sevinc Quliyeva ilə yetkinlik yaşına çatmadığı zamanda intim əlaqədə olub.