Hesablama Palatasının sədri: Manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməyib


Digərləri 30 Avq 2019 11:50:00 211 0

Hesablama Palatasının sədri: Manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməyib

Manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməyib

Bakı. İlhamə İsabalayeva - Bu ilin ilk 6 ayında Mərkəzi Bankın məlumatlarından aydın olur ki, Dövlət Neft Fondunun transfertlərinin tam icra edilməməsinin səbəbi bazarda dollara tələbin kifayət qədər olmaması və Mərkəzi Bankda artıq qalan vəsaiti almamasıdır. Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, dollar təklifinin ona olan tələbi üstələməsinə və məzənnənin keçirilən valyuta hərraclarında müəyyənləşməsinə baxmayaraq, manatın məzənnəsində möhkəmlənmə meyilləri müşahidə edilməyib. Digər tərəfdən, bank sistemində manatla pul kütləsinin artıqlığı müşahidə olunmaqdadır: