Şirvan şəhərində avtomobil təmiri sexi yanıb


Digərləri 30 Avq 2019 11:49:00 244 0

Şirvan şəhərində avtomobil təmiri sexi yanıb

Şirvan şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. ​