Sürücü ilə kobud davranan yol polisi İŞDƏN QOVULDU


Digərləri 30 Avq 2019 11:21:00 234 0

Sürücü ilə kobud davranan yol polisi İŞDƏN QOVULDU

Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.

Son.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev Trend-ə bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.