Qarabağ Azərbaycanın aktivinə növbəti reytinq xalları yazdırdı


İdman 30 Avq 2019 11:04:00 259 0

Qarabağ Azərbaycanın aktivinə növbəti reytinq xalları yazdırdı

Qarabağ komandası UEFA reytinqində Azərbaycanın aktivinə daha 0,250 xal yazdırıb.

Goal.az-ın məlumatına görə, bu, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Şimali İrlandiya Linfield-i üzərində 2:1 hesablı qələbə sayəsində mümkün olub. 

Beləliklə, xallarını 17,750-yə yüksəldən Azərbaycan 26-cı pillədə qalsa da, irəliləmək imkanı qazanıb. Hazırda daha irəli pillələrdəki 3 ölkədən yalnız Qazaxıstan (18,750 xal) mübarizəni davam etdirir. İsrail 19,625 xalla 23-cü, Belarus 18,875 xalla 24-cü pillədə olsa da, təmsilçisizdirlər.

Qeyd edək ki, Azərbaycan bu mövsüm 2,375 xal toplayıb. Bunların 1,250 xalı (4 qələbə, 2 heç-heçə) Qarabağ-a, 1,125 xalı (4 qələbə, 1 heç-heçə) Neftçi-yə məxsusdur. Səbail və Qəbələ isə reytinq xalı toplaya bilməyib.