Bakıda məktəbə gedəcək uşaqların 96 faizi artıq 1ci sinfə qəbul olunub


Digərləri 30 Avq 2019 09:34:00 303 0

Bakıda məktəbə gedəcək uşaqların 96 faizi artıq 1ci sinfə qəbul olunub

Bakıdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizi yerinə yetirilib.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, avqustun 28-nə (saat 17:30) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 47 172 sorğu yerləşdirilib.

Onlardan 44 038-i ümumi təhsil məktəblərini, 3 134-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 96 faizindən çoxdur.