Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib


Digərləri 30 Avq 2019 10:18:43 184 0

Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib

Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib.

Bakı. Avqustun 29-da Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi Agentliyi və konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib. Görüşdə sərhəddə ticarət indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirə aparılıb. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə makroiqtisadi sabitlik əldə olunub, iqtisadi dayanıqlılıq təmin edilib, dövlət büdcəsinin və əhalinin gəlirləri artıb. Bildirilib ki, son illər bütün sahələrdə, o cümlədən gömrük sistemində aparılan uğurlu islahatlar, əlverişli biznes mühitinin yaradılmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə, vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunmasına şərait yaradıb ki, bu da Dünya Bankının "Doing Business 2019" hesabatında ölkəmizin 32 pillə irəliləməsinə səbəb olub. Komitə sədrinin birinci müavini, xüsusilə konsaltinq şirkətləri ilə birgə əməkdaşlığın bu sahədə səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Sonra sərhəddə ticarət indikatoru üzrə görülən işlərdən bəhs edən İsmayıl Hüseynov "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi və faydaları barədə görüş iştirakçılarını məlumatlandırıb.