Əməkdar artist rejissor olmaq istəyən qızı ilə


Şou-biznes 30 Avq 2019 09:59:00 247 0

Əməkdar artist rejissor olmaq istəyən qızı ilə

Yenicə əməkdar artist adına layiq görülən aktyor Cavanşir Hadıyev qızı ilə bərabər fotokameralara tuş gəlib.

Son.az bildirir ki, daha çox mənfi obrazları ilə məşhurlaşan aktyor baku.ws-ə gözünün ağı-qarası olan qızı haqqında bunları deyib:

"1 qızım var. O hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində televiziya rejissoru ixtisasının III kursunda təhsil alır. Mən onu heç vaxt bu sənətə gəlməyə məcbur etməmişəm, özü istəyib. Mən aktyoram, o isə rejissordur. Bəlkə, gələcəkdə mənim şəxsi rejissorum oldu".

(adsgarden = window.adsgarden || []).push({});