Lənkərandakı qəzada yaralanan ağır xəstə Bakıya gətirildi


Digərləri 30 Avq 2019 09:49:58 176 0

Lənkərandakı qəzada yaralanan ağır xəstə Bakıya gətirildi

Lənkəranda PAZ markalı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə yaşayış evinin həyətinə aşması nəticəsində xəsarət alan 42 yaşlı qadın sanaviasiya ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb.

Bakı. İlhamə İsabalayeva - Lənkəranda PAZ markalı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə yaşayış evinin həyətinə aşması nəticəsində xəsarət alan 42 yaşlı qadın sanaviasiya ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasından Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən qadın dərhal əməliyyat olunub. Hazırda Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 4 nəfər xəstənin müalicəsi davam edir. Yaralıların vəziyyəti orta ağır stabil qiymətləndirilir.