Floridada suyun altında kitabxanalar nümayiş olunub


Digərləri 30 Avq 2019 08:51:00 212 0

Floridada suyun altında kitabxanalar nümayiş olunub

Key Vest Adasındakı iki oteldə quraşdırılan sualtı kitabxanalar təqdim edilib.

Son.az ted.az-a istinadən bildirir ki, qeyri-adi kitabxanalar hovuzlarda yerləşir. Məkanı ziyarət edən oxucular orada su keçirməyən kitabları görə bilərlər. Həmin kitablar islanmır və suyun altında korlanmır.

Qonaqlar vaxt məhdudiyyəti olmadan və heç bir ödənişi etmədən suya dözümlü kitabları oxumaqdan zövq ala bilərlər.

Kitabxanada yerləşən ədəbiyyatın əsas hissəsi klassik şeirlər və romanlardan ibarətdir. Bunların arasında Şekspirin Makbetinin xüsusi nüsxələri, Vilyam Yatesin şeirləri, həmçinin Mark Tvenin hekayələri də mövcuddur.

(adsgarden = window.adsgarden || []).push({});