Huawei Kirin 985 və Kirin 990 prosessorlarını hazırladı


Digərləri 30 Avq 2019 08:59:00 243 0

Huawei Kirin 985 və Kirin 990 prosessorlarını hazırladı

Huawei yalnız Kirin 990 flaqman prosessorunu deyil, həm də daha sadə bir versiya olan Kirin 985-i hazırlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, internet şəbəkədə yalnız 5G Balong 5000 markalı modemin quraşdırılacağı təqdirdə 5G-ni dəstəkləyəcək yeni Kirin 985 çipi haqqında danışılan təqdimatdan slayd yayımlanıb.

Çox güman ki, bir kristallı platforma orta səviyyədən yuxarı səviyyəyə aid olan smartfonlara quraşdırılacaq.

Kirin 985 yəqin ki, sentyabr ayında Berlin IFA 2019 sərgisində təqdim olunacaq. Sərgidə Kirin 985 ilə yanaşı, Kirin 990 haqqında da məlumat veriləcək.

(adsgarden = window.adsgarden || []).push({});